İsrail Qızıl Aypara Təşkilatının binasını bombaladı, ölənlər var

İsrail Qızıl Aypara Təşkilatının binasını bombaladı, ölənlər var

Qəzza sektorunda Qızıl Aypara humanitar təşkilatının binası bombalanıb

Rasthaber Azərbaycan xəbər verir ki, İsrail Qəzza sektorunda Qızıl Aypara humanitar təşkilatının binasını bombardman edib.

Bu terror hücum nəticəsində 2 fələstinli həyatını itirib, 10-u isə yaralanıb.

Sözügedən bina isə Qətərə aid olub.

Qətər XİN İsrailin bu hərəkətini pisləyib və dünya ictimaiyyətini buna etiraz etməyə səsləyib.

Qeyd edilib ki, İsrailin Qəzzada humanitar təsisatlar və KİV ofislərinə hücumu beynəlxalq hüququn, insani normalar və dəyərlərin biyabırçı və yolverilməz şəkildə pozulması deməkdir.

Xəbəri paylaş

VİDEOLAR