İsrailə qarşı 120 km hədəfi vuran raketlər istifadə edilməyə başlayıb
Rasthaber Azərbaycan xəbər verir ki, bunu HƏMAS-ın hərbi qolu olan "İzzəddin Əl Qəssam" briqadasının sözcüsü Əbu Ubeydə bildirib.
Onun sözlərinə görə, 120 km-dəki hədəfləri vura bilən və dağıdıcılığı ilə əvvəlkilərdən fərqlənən raketlə işğal altında olan Qüdsdəki İsrail mövqelərini hədəfə alıblar.
Əbu Ubeydə raketlərin A20 olduğunu qeyd edərək İsrailə qarşı raket hücumlarını davam edəcəklərini qeyd edib.
Bu arada Fələstin Xalq Komitələrinin hərbi qolu olan "Nasir Səlahəddin" briqadası da Qəzzadan Aşkelona 8 raket atdığını açıqlayıb.