İsrail rejiminin ifrat sağçı “Otsma Yyequdit” partiyasının lideri İtamar Ben-Qvir sözləri ilə yenidən qalmaqala səbəb olub.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, o deyib ki, “israillilərə hücum etdiklərinə görə fələstinliləri fiziki olaraq yox etmək” lazımdır.
“İsrail hökumətinin terrorçulara aydın siqnal verməsinin zamanı gəlib çatıb. İstənilən hücum edən şəxsi (fələstinlini) öldürmək, evini məhv etmək və ailəsini deportasiya etmək lazımdır”, - deyə keçmiş baş nazir Binyamin Netanyahuya yaxınlığı ilə məşhur olan Ben-Qvir bildirib.
Xatırladaq ki, o, daha öncə də bildirmişdi ki, həbsxana nəzarətçilərinə fələstinli məhkumları öldürməyə icazə vermək lazımdır.