İsrail rejiminin müdafiə naziri Beni Qansın evində işləyən təmizlikçi İrana casusluqda şübhəli bilinərək həbs edilib.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, bu barədə İsrail rejiminin Ümumi Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, şübhəli qismində saxlanılan Omri Qorenin dindirilməsi zamanı məlum olub ki, o, öz təşəbbüsü ilə həbsindən bir neçə gün öncə sosial şəbəkələrdən birinin üzərindən İrana bağlı təşkilatla əlaqə qurub və onlara fərqli üsullarla kömək etməyi təklif edib.
Qorenin Qansın kompüterlərinə viruslu proqram təminatı yükləməyi təklif edib. O, qarşı tərəfə öz ciddiyyətini göstərmək üçün Qansın evinin müxtəlif otaqlarında çəkilmiş, o cümlədən də həmin kompüterin şəkillərini göndərib.