Sionist rejim qüvvələri Qəzzədən sonra Livana hücuma keçdiklərini açıqlayıblar.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının verdiyi xəbərə görə, sionist rejim qüvvələrinin yazılı açıqlamasında bildirilib:
"İsrail ordusu hazırda Livana hücum edir. Təfərrüatları sonra açıqlayacağıq".
Bəyanatda başqa təfərrüatlara yer verilməyib.
Digər tərəfdən Livan mediası işğal rejiminin Livanın cənubunda yerləşən Fələstin qaçqın düşərgəsi er-Reşadiyə yaxınlığındakı ərazini bombaladığını yazıb.
Qeyd edək ki, ötən gün Livandan işğal olunmuş ərazilərdəki sionist yaşayış məntəqələrinə çoxlu sayda raket atılıb.