İsrail konsulluğu önündə İsrailin Mavi Mərmərə terroruna etiraz

İsrail konsulluğu önündə İsrailin Mavi Mərmərə terroruna etiraz

Dünən İstanbulda İsrailin konsulluğu önündə etiraz aksiyası keçirilib

Rasthaber Azərbaycan xəbər verir ki, İsrailin Qəzzaya humanitar yardım aparan "Mavi Marmara" adlı gəmiyə hücum etməsinin 11-ci ildönümü münasibətilə İstanbuldakı sionist konsulluğunun binası önündə aksiya keçirilib.

Aksiyada İsrail əleyhinə şüarlar səsləndirilib, Fələstinə dəstək nümayiş olunub.

"Mavi Mərmərəni unutma!", "Əlaqələrin normallaşmasına YOX!", "İsrailə baykot, Fələstinə azadlıq!" yazılmış plokatlar aksiyada diqqət çəkib.

Aksiya edən qrupun adından Kutlu Dane çıxış edərək, İsrailə qarşı bəyanatı və mətbuata açıqlamanı oxuyub.

Qeyd edək ki, Türkiyənin İHH humanitar yardım təşkilatının təşkilatçılığı ilə 2010-cu ildə Qəzza embarqosu nəticəsində adi dərman preparatları və yeməkdən məhrum olan qəzzalılara yardım götürən Mavi Mərmərə adlı gəmi İsrail ordusu tərəfindən hücuma məruz qalmış, hücum zamanı 9 nəfər şəhid olmuşdu.

Gəmidəki digər  şəxslər isə İsrailin Aşdod limanına gətirilərək orada onlara işkəncələr verilmiş, daha sonra Byenəlxalq ictimaiyyətin səyi nəticəsində əsirlər geri qaytarılmışdı. Bundan sonra İsrail və Türkiyə arasında əlaqələr soyumuş və dövlət rəsmiləri qarşısılıqlı ittihamlar səsləndirmişdi. Türkiyə müttəfiqi ABŞ-ın təkidlərindən sonra İsraillə əlaqələrin yenidən müsbətə doğru inkişaf etməsi üçün şərtlərini açıqlamışdı. Təzminat və diplomatik dillə üzr qismən həll olunsada, Qəzzanın mühasirəsinin dayandırılması şərti İsrail tərəfindən rədd edilmişdi. Buna baxmayaraq İsraillə Türkiyə arasında əlaqələr düzəlib.

 

Xəbəri paylaş

VİDEOLAR