İsrail hərbiçilərinin Mavi Mərmərə gəmisinə hücumundan 11 il keçdi

İsrail hərbiçilərinin Mavi Mərmərə gəmisinə hücumundan 11 il keçdi

Sionist İsrail qüvvələrinin Qəzzaya humanitar yardım aparan "Mavi Marmara" adlı gəmiyə hücum etməsindən 11 il keçdi

Rasthaber Azərbaycan-ın verdiyi məlumata görə, 9 nəfərin şəhid olması ilə nəticələnən sionist hücumu Türkiyədə yad edilib.

Qeyd edək ki, Türkiyənin İHH humanitar yardım təşkilatının təşkilatçılığı ilə 2010-cu ildə Qəzza embarqosu nəticəsində adi dərman preparatları və yeməkdən məhrum olan qəzzalılara yardım götürən Mavi Mərmərə adlı gəmi İsrail ordusu tərəfindən hücuma məruz qalmış, hücum zamanı 9 nəfər şəhid olmuşdu.

Gəmidəki digər  şəxslər isə İsrailin Aşdod limanına gətirilərək orada onlara işkəncələr verilmiş, daha sonra Byenəlxalq ictimaiyyətin səyi nəticəsində əsirlər geri qaytarılmışdı. Bundan sonra İsrail və Türkiyə arasında əlaqələr soyumuş və dövlət rəsmiləri qarşısılıqlı ittihamlar səsləndirmişdi. Türkiyə müttəfiqi ABŞ-ın təkidlərindən sonra İsraillə əlaqələrin yenidən müsbətə doğru inkişaf etməsi üçün şərtlərini açıqlamışdı. Təzminat və diplomatik dillə üzr qismən həll olunsada, Qəzzanın mühasirəsinin dayandırılması şərti İsrail tərəfindən rədd edilmişdi. Buna baxmayaraq İsraillə Türkiyə arasında əlaqələr düzəlib.

Xəbəri paylaş

VİDEOLAR