İsrail 2 200 fələstinli uşağı qətlə yetirib

İsrail 2 200 fələstinli uşağı qətlə yetirib

Ümumdünya Uşaqları Müdafiə Hərəkatı bildirib ki, 2021-ci ilin əvvəlindən bəri İsrail rejimi hərbçilərinin atəşi ilə 77 fələstinli uşaq şəhid edilib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Ümumdünya Uşaqları Müdafiə Hərəkatı ümumdünya uşaq günü münasibətilə yaydığı bəyanatda vurğulayıb ki, 2000-ci ildən bu ilin oktyabr ayının sonunadək sionist rejim hərbçilərinin atəşlərilə 2 200 fələstinli uşaq şəhid edilib.

Bu hərəkat bildirib ki, sionist rejim hərbçiləri fələstinlilərlə mübarizə aparmaq üçün qəsdən onlara tərəf atəş açırlar; özü də elə bir şəraitdə ki, bunlar beynəlxalq qanunlarda heç bir əsaslandırmaya malik deyil və ifratçı hərbi gücdən istifadə, sionist rejim üçün bir qaydaya çevrilibdir. Bu rejim cavabdeh olmamaq və cəzalandırılmaqdan toxunulmaz qalmaq prosesindən sui-istifadə edir.

Ümumdünya Uşaqları Müdafiə Hərəkatı 2015-ci ilin oktyabrından 2021-ci ilin oktyabrınadək inzibati hökmlərə əsasən, qırx bir fələstinli uşağın sionist rejim məhbəslərində saxlanıldığını qeydə alıb və bildirib ki, dörd fələstinli uşaq hələ də inzibati həbsdədir.

Bu hərəkat daha sonra bildirib ki, sionist rejim dünyada mütəşəkkil surətdə uşaqları həbs və ədalətsiz hərbi tribunallarda mühakimə edən yeganə rejimdir. Sionist rejim hər il 500-dən 700-dək fələstinli uşağı hərbi tribunallarda mühakimə edir.

Xəbəri paylaş

VİDEOLAR