İslami Cihad: İran Fələstin amalının müdafiəçisidir

İslami Cihad: İran Fələstin amalının müdafiəçisidir

İslami Cihad Hərəkatının baş katibi vurğulayıb ki, İran Fələstin amalının müdafiəçisidir və İranın bu mövqeyi əsla dəyişməyəcək.

Az.rasthaber.com İran mediasına istinadən xəbrər verir ki, Ziyad Əlnəxaləh müsahibəsində vurğulayıb ki, İranın Fələstin amalını müdafiə etməsi və onun İsrail rejimi ilə düşmənçiliyi heç vaxt dəyişməyəcək. O, deyib ki, məzlum Yəmən xalqı da Fələstini və müqaviməti müdafiə edir.

 

Əlnəxaləh bildirib ki, müqavimət «Qüds qılıncı» döyüşündən sonra öz hərbi qüdrətini bərpa edib və ardıcıl yerli silah istehsalı ilə öz cəbbəxanasını gücləndirib. O əlavə edib ki, müqavimət Qəzzə zolağının daxilində PUA-lar istehsal edəcək.

 

İslami Cihad Hərəkatının baş katibi sionist rejimin müqavimətin bu rejimin əhd pozmaları və təcavüzlərinə qarşı yeni cavabından qorxması haqda belə söyləyib:

"Sionist rejim Qəzzəni bomba saatı hesab edir və bu səbəbdən, Qəzzəyə ticarət mallarının girişini asanlaşdırmaq vədi ilə bu bombanı zərərsizləşdirməyə çalışır".

 

Əlnəxaləh deyib ki, müqavimət davam edir və Qəzza ilə məhdudlaşmır və ya konkret zamanla əlaqəsi yoxdur.

 

O, bildirib ki, müqavimət «Seyf-ül-Qüds» döyüşündən sonra öz hərbi qüdrətini bərpa edib və silah qüdrətini diqqətəlayiq dərəcədə gücləndiribdir.

 

İslami Cihad Hərəkatının baş katibi Cenin düşərgəsində və Qərb sahilinin digər bölgələrindəki mübariz qüvvələri öz borclarını yerinə yetirməyə və müqaviməti davam etdirməyə çağırıb və qeyd edib ki, sionist rejim Fələstin xalqını təslim etmək, həmçinin Qüds və qərb sahilini öz hökmranlığı altına almaq istəyir.

 

Sionist rejimin Qəzza və Qərb sahilində fələstinlilərə qarşı mayın onundan mayın 21-dək davam edən müharibəsi - «Qüds qılıncı» döyüşü, sionist rejim ordusunun Fələstin müqavimət qüvvələrilə mübarizədəki acizliyinə görə bəzi xarici oyunçuların vasitəçiliyi ilə və bu rejimin nazirlər kabinetinin atəşkəs istəməsinin ardınca başa çatdı.

Xəbəri paylaş

VİDEOLAR