İŞİD terrorçu qruplaşması İraqın Süleymaniyyə şəhərində hücum həyata keçirib.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, bu barədə İraq Kürd Regional Hökumətinə tabe olan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda vurğulanır ki, hadisə nəticəsində 1 Peşmərgə döyüşçüsü ölüb, 3 nəfər isə yaralanıb.
Bölgədə terrorçulara qarşı əməliyyat başladıldığı diqqətə çatdırılır.