"Suriya Demokratik Qüvvələri" adlı qruplaşmanın həbsxanalarındakı yüzlərlə İŞİD terrorçuları barəsində açıqlama yayıb.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, SDQ bildirib ki, yüzlərlə İŞİD terrorçusu sərbəst buraxıla bilər.
"Haqlarında olan ittihamlar sübut edilməsə 700 nəfər sərbəst buraxılacaq. Lakin dinc sakinlərə qarşı divan tutanlar mühakimə olunacaqlar", - deyə SDQ diqqətə çatdırıb.
Qeyd edək ki, SDQ həbsxanalarında aralarında 54 ölkədən olan İŞİD terrorçuları saxlanılır.