Fələstin İslami Cihad Hərəkatının liderlərindən olan Xalid əl-Bataş işğalçı sionist rejim hökuməti ilə bütün əlaqənin kəsilməsini tələb edib.
Az.rasthaber.com xəbər verir ki, Xalid əl-Bataş açıqlamasında bildirib:
"İşğal olunmuş ərazilərdə ifrat sağçı hökumətin qurulması və yəhudi köçkünlərinin basqınlarının yaratdığı təhlükələrə qarşı tədbir görülməlidir.
Fələstin xalqını təmsil edən Fələstin Azadlıq Təşkilatı yenidən strukturlaşdırılmalıdır.
Barışığa xidmət etməyən və insanların problemlərini həll etməyən hərəkətlər bir kənara qoyulmalı, parçalanmalara son qoyulmalı, işğalçı rejim hökuməti ilə bütün əlaqə kəsilməlidir.
Milli Təşəbbüs Hərəkatı ilə birlikdə hərəkət etmənin və Fələstinli qruplar arasında koordinasiyanın vacibliyini vurğulayan əl-Bataş, xüsusilə HƏMAS və Fəth arasında daha çox dialoqa çağırıb.".