İraqın baş nazirindən ABŞ-a xəbərdarlıq

İraqın baş nazirindən ABŞ-a xəbərdarlıq

İraq ABŞ-a İranın dəstəklədiyi qruplara hücumlardan sonra əks-hücumlara qarşı diqqətli olması barədə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İsrail-Həmas döyüşlərinin yenidən başlaması daha genişmiqyaslı münaqişə ilə bağlı narahatlıqları artırdıqdan sonra Vaşinqtonu İraq ərazisinə hər hansı hücuma qarşı xəbərdar edib.

Sudani ofisindən verilən açıqlamada, İraqın baş naziri Məhəmməd Şia əs-Sudaninin ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında bu barədə açıqlama verdiyi bildirilib.

Ofisindən verilən açıqlamaya görə, Sudani Blinkenlə telefon danışığında İraq ərazisinə hər hansı bir hücumun qəbuledilməz olacağını bildirib.

Sudani həmçinin bildirib ki, İraq hökuməti "İraqdakı beynəlxalq koalisiya müşavirlərinin təhlükəsizliyini təmin etməyə sadiqdir".

ABŞ və İraq mənbələri noyabrın 22-də bildiriblər ki, Amerika döyüş təyyarələri Amerika əsgərlərinə təkrar hücumlara cavab olaraq İraqda iki hədəfi vurub və doqquz iranpərəst döyüşçünü öldürüb.

Xəbəri paylaş

VİDEOLAR