İraqdakı seçkilərin təhlükəsizliyinə şəxsən baş nazir nəzarət edəcək

İraqdakı seçkilərin təhlükəsizliyinə şəxsən baş nazir nəzarət edəcək

İraq Baş naziri Mustafa əl-Kazımi özü açıqlama verib

Rasthaber Azərbaycan xəbər verir ki, İraq Baş naziri Mustafa əl-Kazımi 10 oktyabra planlanmış vaxtından əvvəl parlament seçkilərinin təhlükəsizliyi ilə bağlı vəziyyətə şəxsən nəzarət edəcəyinə dair vəd verib.

“İraq hökuməti seçki kampaniyası üzrə özünün bütün öhdəliklərini  yerinə yetirib, həmçinin ölkənin ali seçki komissiyasının ehtiyaclarını nəzərə alıb”, – deyə əl-Kazımi hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, o, seçkilərdəki təhlükəsizliklə bağlı vəziyyətə şəxsən nəzarət edəcək və səsvermənin gedişat və nəticələrinə mənfi təsir edəcək pozuntulara yol verməyəcək.

İraq Baş naziri həmçinin “terrorçuluq, korrupsiya və dövlət əmlakına ziyan vurmaqla” bağlı olmayan cinayətlərə görə həbsdə olan qadın və uşaqlara qarşı xüsusi amnistiyanın elan edilməsi planı barədə də elan edib.

Xəbəri paylaş

VİDEOLAR