Qasim Muslihin azad edilməsindən sonra İraqda vəziyyət bir az stabilləşib.
Rasthaber Azərbaycan xəbər verir ki, Haşdi Şabi komandiri Qasim Muslihin azad edilməsindən sonra İraqda vəziyyət bir az stabilləşib.
Hadisələr necə başladı?
Bildindiyi kimi, İraq Müqavimətinin Koordinasiya Mərkəzi 3 gün əvvəl açıqlama verərək, ABŞ hərbiçilərinin İraq torpaqlarından təcili çıxmasını tələb etmişdi. Əks təqdirdə işğalçılara qarşı hücum əməliyyatları keçiriləcəyini açıqlamışdılar.
Vaxt bitdikdən sonra elə həmən gün, 5 saat ərzində ABŞ işğalçılarıan qarşı 5 əməliyyat həyata keçirlmiş, Haşdi Şabi komandiri həbs olunana qədər əməliyyatlar 8-ə çatmışdı.
Bu əməliyyatları bəhanə edən İraqın baş naziri və keçmiş kəşfiyyat rəisi Mustafa Kazimi Haşdi Şabinin Ənbar əyalətindəki əməliyyatlar mərkəzinin komandiri Qasim Muslihin həbs edilmə əmrini verir.
ABŞ səfiri diplomatik korpusu tərk edir
Əməliyyatlardan dərhal sonra Haşdi Şabi Bağdadda ABŞ səfirliyinin də olduğu Yaşıl Bölgəyə 200 zirehli texnika cəlb edir, ABŞ səfiri səfirlikdən qaçır.
Haşdi Şabi Kazimi, Əbu Raqif və nazirlər kabineti baş katibliyinin binasını mühasirəyə almış, bundan sonra Əbu Raqif (kəşfiyyat direktoru, Kaziminin əlaltısı) ABŞ səfirliyinin yanındakı evindən kəşfiyyat qərargahına qaçmışdır. İmam Əli Briqadasının da Yaşıl Bölgəyə cəlb edilməsi Haşdi Şabi və İraq müqavimət qruplarının “zarafat” etmədikləri açıqlamasını verirdi. rasthaber
Kərbəlada Haşdi Şabi və komandirlərinə dəstək və həmrəylik məqsədilə etirazlar başlamış, baş nazir Kazimiyə qarşı etirazlar səsləndirilərək onun ABŞ casusu olması dilə gətirildi.
Daha sonra Qasim Muslih azad edilir və müqavimət güclərinə yaxın Fəth Koalisiyasının millət vəkili Falih əl Xəzəli sosial media səhifəsindən Qasim Muslihin azad edildiyini bildirir. Bundan sonra Haşdi Şabi Yaşıl bölgəni tərk edir.
Bağdadda etirazlar
Bağdad əhalisi Kaziminin ölkəsinin deyil, ABŞ-ın maraqlarını qoruduğuna görə, etirazlara start verirlər. Onlar həmçinin Qasim Muslihin azad edilməsini də qeyd edirlər.
Qeyd edək ki, 3 yanvar 2020-ci ildə ABŞ ordusu Bağdad hava limanı yaxınlığında Qüds Gücü komandiri Qasim Süleymani və Haşdi Şabinin sədr müavini Əbu Mehdi Əl-Mühəndisə qarşı sui-qəsd həyata keçirmişdir. rasthaber
Bundan sonra İraqda ABŞ hərbiçilərinin çıxarılma tələbi gündəm olmuş, İraq Parlamenti 5 yanvar 2020-ci ildə ABŞ ordusunun İraqdan çıxmasını tələb edən qərarı təsdiqləmişdi.
İraqda milyonlarla insanın iştirak etdiyi mitinqlərdə də ABŞ-ın tez bir zamanda ölkəni tərk etmə tələb edilir.