27.05.2021 11:29:49
ABŞ və İraq Kəşfiyyatı tərəfindən saxlanılan Haşdi Şabinin Ənbar əyalətindəki əməliyyatlar komandiri azad olunub
Rasthaber Azərbaycan xəbər verir ki, Haşdi Şabinin Ənbar əyalətindəki əməliyyatlar komandiri azad olunduğunu açıqlayıb.
İraq mediasının bildirdiyinə görə, İraq və ABŞ xüsusi təyinatlıları tərəfindən Bağdadın cənubunda ad-Dovra bölgəsində Haşdi Şabinin komandirlərindən olan Qasim Muslihi saxlamışdı.
Buna səbəb ABŞ hərbiçilərinin İraqdan Suriyaya girişini əngəlləmə əmri verməsi olmuşdu.
Qasim Muslih azad edildiyindən sonra açıqlama verərək, fitnənin yox edildiyini açıqlayıb.
Haşdi Şabi hərbiçiləri Bağdad küçələrinə çıxaraq baş nazir Kazimi əleyhinə şüarlar səsləndiriblər.
Muslihin saxlanılması İraq Müqavimət qruplarının etirazlarına səbəb olmuşdu.