İraq müştərək hərbi komandanlığı ABŞ qüvvələrinin bir hissəsinin yerləşdiyi Bağdadın cənubundakı bir xarici bazaya iki raketin atılmasından xəbər verib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İraq müştərək hərbi komandanlığının xəbər qərargahı bu gün bir açıqlamada bildirib ki, bu iki raket dünən gecə yarısı "Məamil Nəhruvan" bölgəsindəki əkin sahələrindən Bağdadın cənubunda yerləşən Bismayəh bazasına atılıb.
Bu açıqlamada həmin hücumdan irəli gələn insan tələfatı və xəsarətinə, həmçinin maddi ziyan və xəsarətlərə işarə olunmayıb.
Amerika hərbçilərinin İraqda yerləşən Əl taci hərbi bazası da ötən çərşənbə günü azı on ədəd "Katyuşa" tipli raket atışı hədəfinə çevrildi. Nəticədə bir ingilis hərbçi, həmçinin bir amerikan podratçı və hərbçi ölmüş, on iki nəfər də yaralanmışdı.
"Əsəbət-əl-Sairin" adlı naməlum bir qrup Amerikanın İraqdakı hərbi mövqelərinə qarşı raket atışları əməliyyatının məsuliyyətini üzərinə götürüb. Bu qrup təhdidlə bildiribdir ki, amerikalı hərbçilərin İraqdan çıxacaqları günədək bu ölkədəki əcnəbi qüvvələrin mövqelərinə qarşı hücumlarını davam etdirəcək.