İraqda 7 İŞİD terrorçusu məhv edilib

İraqda 7 İŞİD terrorçusu məhv edilib

İraq güc strukturları geniş əməliyyat keçiriblər

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Kərkükün cənubundakı Havice bölgəsi yaxınında terror təşkilatı İŞİD-ə qarşı  başladılan və  Amerika Birləşmiş Ştatlarının (ABŞ) başçılıq etdiyi Beynəlxalq Koalisiya qüvvələrinin də havadan dəstək verdiyi əməliyyatda, Şay Vadisi yaxınlığında təşkilata  məxsus 2 sığınacaq məhv edilib.

7 terrorçu öldürülüb.

Bildirilib ki, bölgədə vəzifə icra edən  İraq ordusuna mənsub birləşmələrin də qatıldıqları əməliyyat daha iki gün davam edəcək.

Xəbəri paylaş

VİDEOLAR