İraq HHQ Bağdaddan qərbdə anti-terror əməliyyatı keçirib.
Az.rasthaber.com “SHAFAQ News”-ə istinadən xəbər verir ki, İŞİD terrorçularından ibarət dəstə Ənbar əyalətinin səhralıq rayonlarından birində kəşfiyyat təyyarəsi tərəfindən ifşa edilib, bundan sonra İraq HHQ-a məxsus qırıcılar əldə edilmiş məlumatlar əsasında həmin əraziyə zərbələr endirib.
Zərbələrin ardınca digər terrorçular və sığınacaqları aşkar etmək məqsədi ilə əraziyə hərbçilər göndərilib.
Əməliyyat zamanı 6 İŞİD-çi məhv edilib.
Bundan başqa, İŞİD-in Səlahəddin və Kərkük əyalətlərindəki mövqelərinə də hava zərbələri endirilib. Terrorçulara məxsus böyük gizli anbar məhv edilib.