İranın Türkiyədəki səfiri XİN-ə çağırılıb

İranın Türkiyədəki səfiri XİN-ə çağırılıb

Məhəmməd Fərazmənd bu axşam Türkiyə XİN-ə dəvət edilib.

Rasthaber Azərbaycan xəbər verir ki, diplomatik mənbələrin bildirdiyinə görə, İranın Türkiyədəki səfiri Məhəmməd Fərazmənd bu axşam Türkiyə XİN-ə dəvət edilib.
Bu haqda Anadolu Agentliyi məlumat yayıb.
Qeyd edilir ki, səfirə İranın XİN rəhbəri Zərifin tviti, sonra Türkiyənin Tehrandakı səfiri Dərya Örsün İran XİN-ə çağrılması, Türkiyə və prezident Ərdoğana qarşı qəbuledilməz iddiaların hamısının rədd edildiyi, İran tərəfinin Türkiyə ilə bağlı hər hansı bir mövzuda narahatlıq duyması halında bunu çatdıra biləcək kanallar varkən, birbaşa İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin Twitter yolu ilə qəbuledilməz şəkildə Türkiyənin hədəf alınmasının qəbul edilməyəcəyi vurğulanıb.
Ayrıca məsələyə bu tərzdə baxılmasının, Türkiyə və İran arasındakı yaxın əlaqələrə də zidd olduğu,  (bu cür mövqe sərgiləməyin) bu əlaqələri pozmaq istəyən çevrələrə xidmət edəcəyi önə çəkilib.
Nə olmuşdu?
Türkiyə Prezidenti Bakıda keçirilən Zəfər Paradında çıxışı zamanı şeirdən misra demiş, bundan sonra İran etirazını bildirmişdi.
Ərdoğanın dediyi şeirdən misralar:
"Arazı ayırdılar. Qum ilə doldurdular. Mən səndən ayrılmazdım; Zor ilə ayırdılar; Ay Çalın, can Laçın; Mən sənə qurban Laçın!"

Xəbəri paylaş

VİDEOLAR