İrandan Ərdoğanın Bakıda dediyi şeirə etirazlar

İrandan Ərdoğanın Bakıda dediyi şeirə etirazlar

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Türkiyə prezidentinin Bakı səfərində şeir deməsinə reaksiyada Türkiyənin Tehrandakı səfirinin çağırılmasından danışıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  Səid Xətibzadə bu barədə deyib: "Bu gün, cümə günü Türkiyənin Tehrandakı səfiri İran xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri tərəfindən nazirliyə dəvət edilib və etiraz hallarının bəyan edilməsilə yanaşı, səfirə vurğulanıb ki, İran İslam Respublikası Türkiyə hökumətinin bu barədə dərhal izahat verməsini tələb edir."

"Bu çağırış zamanı Türkiyə səfirinə bəyan edilibdir ki, ərazi iddiaları, həmçinin militarist və ekspansianist imperiyalar dövrü çoxdandır ki, arxada qalıb", -deyə Xətibzadə qeyd edib.

İran rəsmisinin sözlərinə görə, Türkiyə səfirinə bildirilib ki, İran İslam Respublikası heç kəsə öz ərazi bütövlüyünə müdaxilə icazəsi verməyəcək və onun iftixarlarla dolu tarixinin də təsdiq etdiyi kimi, öz milli təhlükəsizliyi barədə azacıq da olsun belə, güzəştə getməyəcək.

Türkiyə liderinin paradda səsləndirdiyi Bəxtiyar Vahabzadənin "Torpaqdan pay olmaz" şeirinə cavab olaraq Cavad Zərif Twitterdə Ərdoğanın oxuduğu şeir haqda məlumatlandırılmadığını bildirib.

Zərif şeirdə Araz çayından şimalda olan torpaqların "ana vətən İran"-dan zorla ayrıldığını qeyd edib.

“O (Ərdoğan), Azərbaycan Respublikasının suverenliyinə zərər verdiyinin fərqində deyilmi?" Zərif yazıb. "Heç kəs bizim sevimli Azərbaycan haqqında danışa bilməz."

Ərdoğan hansı misraları demişdi?

"Arazı ayırdılar. Qum ilə doldurdular. Mən səndən ayrılmazdım; Zor ilə ayırdılar; Ay Çalın, can Laçın; Mən sənə qurban Laçın!"

("Aras'ı ayırdılar, Kum ile doldurdular; Ben senden ayrılmazdım; Zor ile ayırdılar; Ay Lâçin, can Lâçin; Men sene kurban Lâçin")

Xəbəri paylaş

VİDEOLAR