İsrail heç gözləmədiyi anda və şəraitdə İranın cavabı - HƏMAS lideri İsmayıl Haniyyənin şəhadətinin və İranın milli suverenliyinin pozulmasının qisası ilə üzləşə bilər.
Az.rasthaber.com xəbər verir ki, bunu İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi deyib.
Qeyd edilib ki, sionist rejimin gözləri səmada və radar ekranında olanda yerdən baş verəcək bir şeylərlə heyrətləndilər, həmçinin həm göydən, həm də yerdən eyni anda cavab gələ bilər.
İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi “İran Qəzzədə atəşkəs danışıqlarının nəticəsi məlum olana qədər İsrail rejiminə cavabı bilərəkdən təxirə salıbmı?” sualına cavab olaraq deyib:
"İranın cavabının iki konkret nəticəsi olmalıdır. Birincisi, terrora və İranın milli suverenliyinin pozulmasına görə təcavüzkarı cəzalandırmalıdır. İkincisi, İranın çəkindirmə gücünü artırmalıdır və gələcəkdə hər hansı pozuntunun təkrarlanmasının qarşısını almaq üçün (sionist) rejimə dərin peşmanlıq hissi versin".
"Həmçinin, İranın cavabı mümkün (Qəzzə ilə bağlı) atəşkəsə mənfi təsirdən qaçmalıdır. Çox güman ki, İranın cavabı bu rejimin ən az ehtimal verdiyi bir zaman, şərait və formada olacaq. Bəlkə də, onların gözləri səmada və radar ekranında olanda yerdən heyrətlənsinlər, bəlkə də ikisinin birləşməsi ola", - deyə vurğulanıb.