91 yaşlı bu xəstə dünən xəstəxanadan buraxılıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki İranda ən yaşlı koronaviruslu xəstə sağalıb.
91 yaşlı bu xəstə dünən xəstəxanadan buraxılıb.
İranın Kerman vilayətində yerləşən Bəm Tibb Elmləri Universitetinin rektoru bu haqda belə açıqlama verib: "Bu şəxsin koronavirusun yayıldığı şəhərlərə səfər keçmişi olub. O, Bəmə geri döndükdən sonra xəstəxanaya müraciət edib və koronavirus testi verib".
Bəm Tibb Elmləri Universitetinin rektoru bu şəxsin ürək çatışmazlığı, asması və yüksək qan təzyiqinin olduğunu xatırladaraq deyib ki, sağalan şəxs daima sağlam qidalanmaya malik olmuş bir əkinçidir.