İranın Tehran, Əlborz, Fars və Xuzistan əyalətlərində 14 İŞİD terrorçusu həbs edilib.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat verib.
“İranın nəcib xalqının diqqətinə çatdırılır ki, Tehran, Əlborz, Fars və Xuzistan əyalətlərinin Baş Kəşfiyyat İdarələri tərəfindən ölkənin kəşfiyyat icmasının əməkdaşlığı ilə həyata keçirilən silsilə əməliyyatlar nəticəsində “Xorasan İŞİD-i” kimi tanınan Amerika-sionist qruplaşmasının rəhbərlik etdiyi 14 ünsür müəyyən edildi və möhtərəm məhkəmə orqanının hökmü ilə həbs olundular. Həbs edilmiş şəxslər son bir neçə gündə terror əməliyyatları keçirmək məqsədi ilə ölkəyə qanunsuz daxil olub”, - deyə nazirliyin bəyantında qeyd edilib.