Ayətullahül-üzma Xamenei Fitr bayramı münasibəti ilə bir qrup məhkumun əfvi, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verib.
Rasthaber Azərbaycan İran mediasına istinadla xəbər verir ki, əfv olunanlar mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
Qeyd edək ki, İranın Məhkəmə Sisteminin rəhbəri Seyid İbrahim Rəisi qeyd olunan bayramla əlaqədar olaraq, İslam İnqilabının Böyük Rəhbərinə məktubla müraciət edib. Məktubda 2187 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.