Zəlzələlər nəticəsində insan tələfatı olmayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, İranın Xorasan əyalətində 5.5 və 5.4 bal gücündə zəlzələ baş verib.
Tehran Universiteti Seysmologiya Mərkəzinin yaydığı mələmuta görə episentri vilayətin Cacerm qəsəbəsi və dərinliyi 16-10 kilometr yerin altında olan zəlzələlər yerli vaxtla saat 03:34 və 05:24-də qeydə alınıb.
İlk məlumatlara görə binaların zədələndiyi zəlzələlər nəticəsində insan tələfatı olmayıb.
Təbii fəlakətdən sonra əraziyə axtarma və yardım dəstələri cəlb olunub.