Dünyanı bu gün ən çox düşündürən sual budur ki, koronavirus "bioloji silahdırmı*...
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei dünən gecə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Məhəmməd Baqeriyə verdikləri bir fərmanda İran İslam Respublikası Silahlı Qüvvələrinin koronavirusla mübarizə sahəsində xalqa göstərdikləri xidmətləri yüksək qiymətləndirib.
Ayətullah Xamenei bununla bağlı deyib: "Bu hərəkət (red: qərargahın yaradılması) həmin hadisənin "bioloji bir hücum" ehtimalını irəli sürən nişanələrə əsasən, bioloji müdafiə təlim-məşqi cəhətinə də malik ola və milli qüdrət və gücü artıra bilər."
Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan “Twitter” səhifəsində koronavirusun ABŞ Ordusu tərəfindən Çinə gətirildiyi ehtimalını yazıb.
Çjao Litszyan "Koronavirus (Covid 19) Vuhana gətirən ABŞ Ordusu ola bilər. Şəffaf olun. Məlumatlarınızı xalqa açıqlayın. ABŞ bizə bir açıqlama verməyə borcludur.", - deyə qeyd edib.
Çin rəsmisi bu açıqlama ilə ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin rəhbəri Robert Redfildin sözlərinə cavab verib.
Qeyd edək ki, mərkəz rəhbəri Robert Redfild daha əvvəl verdiyi açıqlamada ABŞ-da insanların bir neçə dəfə qirpdən öldüyü düşünüldüyü halda sonradan onlarda koronavirus aşkar edildiyini söyləmişdi.
Çinin tanınmış epidemoloqlarından olan Jonq Nanşan virusun ilk dəfə Çində ortaya çıxmasının, qaynağın Çində olma mənasını vermədyini qeyd edərək bu barədə araşdırılma aparılaraq yaranmasının tətqiq edilməsinin vacibliyini qeyd etmişdi.
ABŞ Ordusunun Asiya və Şimali Afrika üzrə komandanı general Kenneth McKenzie isə maraqlı açıqlaması ilə gündəmə gəlib. O İranı koronavirus qurbanlarının sayını gizlətməkdə ittiham edərək, bu virusdan ölənlərinin daha çox olduğunu iddia edib. ABŞ Ordusunun generalı koronavirusun İrana güclü təsir edəcəyini bildirərək, sanki koronavirusun “ABŞ-ın güclü bioloji silahı” olaraq etiraf edib.