Ayətullah Seyid Əli Xamenei dünən gecə bu haqda fərman verib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei dünən gecə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Məhəmməd Baqeriyə verdikləri bir fərmanda İran İslam Respublikası Silahlı Qüvvələrinin koronavirusla mübarizə sahəsində xalqa göstərdikləri xidmətləri yüksək qiymətləndirib.
Ayətullah Xamenei bu xidmətlərin həmin xəstəliyin daha çox yayılmasının qarşısını almaq üçün bir "Səhiyyə və Müalicə Qərargahı" formasında təşkil edilməsi vacibliyini vurğulayıblar.
Ayətullah Xamenei bununla bağlı deyib: "Bu hərəkət (red:Qərargahın yaradılması) həmin hadisənin "bioloji bir hücum" ehtimalını irəli sürən nişanələrə əsasən, bioloji müdafiə təlim-məşqi cəhətinə də malik ola və milli qüdrət və gücü artıra bilər."
İslam İnqilabının rəhbəri vurğulayıb ki, silahlı qüvvələrin bölmələri və təşkilatlarının vəzifə və tapşırıqlarının bölüşdürülməsi bu qərargahın vəzifələrindəndir.
"Bu qərargah İranın dövləti və səhiyyə nazirliyi ilə ahəngdar şəkildə hərəkət etməlidir. Ümid edilir ki, ilahi hidayət və Həzrət Bəqiyətəllah ərvahina fədahın xüsusi himayəsilə İran xalqı daima qalib olaraq, təhlükəsizlik və sağlamlığa malik olacaq.", -deyə Ayətullah Xamenei bildirib.