Hizbullahın baş katibi bildirib ki, Livan müqavimət hərəkatı heç vaxt ABŞ və işğalçı İsrail rejiminin zülmünə təslim olmayacaq.
Az.rasthaber.com xəbər verir ki, Şeyx Nəim Qasim bazar ertəsi axşam Livanın paytaxtı Beyrutdan televiziya ilə yayımlanan çıxışı zamanı deyib:
"Biz aktiv müdafiə rejimindəyik. Bizə özümüzü müdafiə etməyək deməyin! Bəşəriyyətin taleyini idarə etmək istəyən işğalçılara təslim olmağımızı istəməyin. Biz heç vaxt baş əyib təcavüzkarlara təslim olmayacağıq. Heç vaxt zillətə boyun əyməyəcəyik!!!".
O, Livan ərazisinin İsrail tərəfindən işğalını müvəqqəti adlandıraraq, onun azad edilməsini qəti olaraq xarakterizə edib:
"Bu torpaq Allahın iradəsi ilə nəcib, ləyaqətli və azad olaraq qalacaq. İşğal müvəqqətidir, azad olmaq isə sondur."
Press TV-nin verdiyi məlumata görə, Hizbullah rəhbəri müqavimət qrupunun ABŞ və sionist varlıq ilə davam edən qarşıdurmasının ədalətli və ilahi bir döyüş olduğunu bildirib.
Şeyx Qasim daha sonra İsraili “təcavüzkar, zalım və cinayətkar bir qurum”, ABŞ-ı isə bütün dünyada ləyaqətli həyatı məhv etməyə çalışan “işğalçı qüvvə” kimi təsvir edib.
"İsrail cinayətkardır, Amerika isə təcavüzkardır. Bizim hər ikisinə "yox" demək haqqımız var", - Hizbullah lideri bildirib.
"Torpağımızı müdafiə etmək öhdəliyimiz onun bizim haqqımız olmasından irəli gəlir" deyən Şeyx Qasim, "Başqaları öz maraqları naminə bizi bu hüquqdan məhrum edə bilməzlər. Biz haqqımızı müdafiə etmək üçün hərəkət edəcəyik", - deyə bildirib.
Hizbullah rəhbəri bəyan edib ki, İsrail və ABŞ-ın hücumu davam edir. “Onlar regionu yenidən formalaşdırmaq üçün status-kvondan istifadə etmək istəyirlər”.
“İsraili və ABŞ-ı dəstəkləyən ölkəmizi uçurumun astanasına aparan şəxsdir”, – Şeyx Qasim qeyd edib.
O, Livan cəmiyyətinin bütün təbəqələrini milli sədaqətlərini bir nömrəli prioritet kimi qurmağa və xüsusilə bu kritik məqamda ABŞ və İsrailin sxemlərini dəstəkləməkdən çəkinməyə çağırıb.
"Biz ləyaqətli bir gələcəyi formalaşdıra və ədalət zəfər çaldıqdan sonra daha güclü ola bilərik. Bu, torpağımızı azad etdiyimiz və İsrail və ABŞ-ın bizə öz diqtələrini tətbiq etmələrinin qarşısını aldığımız zamandır", - Hizbullah lideri bildirib.