İranın Cihad Universitetinin koronavirusun diaqnostik dəstini istehsal etdiklərini bildiriblər
Rasthaber Azərbaycan-ın İRNA-ya istinadən verdiyi xəbərə görə, sözügedən universitetin rektoru Həmid Rıza Tayyibi dünən bu diaqnostik dəsti təqdim edərkən, koronavirusun Çində göründükdən dərhal sonra dünyanın digər bölgələrinə yayıla biləcəyi proqnozu ilə diaqnoz dəsti istehsalına başladıqlarını bildirib.
"Dəstlər dünyada ən yeni texnologiya ilə istehsal olunur və İran səhiyyə nazirliyinin razılığından keçib" deyə qeyd edib.
Bu arada İran Müdafiə Nazirliyinin alim və mütəxəssisləri də koronavirus diaqnostik dəstləri istehsal etdiklərini bildirmişdilər.