İran: Regionda dostluq və əməkdaşlığa ehtiyac var

İran: Regionda dostluq və əməkdaşlığa ehtiyac var

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ və sionist İsrailin qurmaq niyyətində olduğu “Yaxın Şərq NATO-su”nu tənqid edib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani özünün Twitter sosial media hesabında ABŞ və sionist İsrailin qurmaq niyyətində olduğu "Yaxın Şərq NATO-su"nu tənqid edib.

Kənani dünən keçirdiyi mətbuat konfransında bildirib:

"Bölgə ölkələrinin fürsətçiliyin dalınca gedən xarici güclərin təkliflərinə ehtiyacı yoxdur. Bölgəmizin region xalqının cibindən gedən yalançı ittifaqlara və səmərəsiz müdafiə sistemlərinə ehtiyac yoxdur, əksinə, daha çox dostluğa və regional kollektiv təhlükəsizlik mexanizminə ehtiyacı var. Qərbi Asiya və Fars körfəzi regionu region xalqlarının və ölkələrinin vətənidir".

Xəbəri paylaş

VİDEOLAR