İran: Qərbin maskası yırtıldı, hər saat 4 fələstinli uşaq şəhid olur

İran: Qərbin maskası yırtıldı, hər saat 4 fələstinli uşaq şəhid olur

"Bu gün bu acı və acınacaqlı fakt Qərbi Asiya və Şimali Afrikanın əzab çəkən insanlarından tutmuş Avropa və Amerika tələbələrinə qədər cəmiyyətin hər təbəqəsindən olan bütün dünyanın gözü qarşısındadır ki, ABŞ hökuməti açıq-aşkar şəkildə sionist rejimin dövlət terrorunu dəstəkləyir".

Az.rasthaber.com xəbər verir ki, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Nasir Kənani Terror Qurbanlarının Müdafiəsi Assosiasiyasının təşəbbüsü ilə keçirilən 8-ci “Səbr örnəkləri” konfransında çıxışı zamanı deyib.

 

"Bu il biz bu günü elə bir vəziyyətdə qarşılayırıq ki, ən böyük qlobal dövlət terrorçusu olan qondarma və uşaq öldürən sionist rejim ABŞ və İngiltərə kimi insan haqlarını iddia edən bəzi hökumətlərin tam və qeyri-məhdud dəstəyi ilə bütün səmavi dinlərin müqəddəs torpağı olan əziz Fələstində ən iyrənc cinayətlər törədir, faciəli şəkildə qanlar axıdır", - o qeyd edib.

 

"İsrail rejiminin qəddar və terrorçu ordusu tərəfindən hər bir saatda dörd fələstinli uşaq şəhid olduğu, hər gün qırxa yaxın fələstinli uşaq anasını terror hücumlarında itirdiyi bir vaxtda terror qurbanlarına ehtiramdan söhbət açmaq boş şüardan başqa bir şey deyil. Xüsusilə də, beynəlxalq qurumlar və qərb hökumətləri bəşəriyyətə qarşı bu misli görünməmiş cinayətə gözlərini yummuş, 80 illik bu cinayətə son qoymaq üçün ən kiçik addımı atmaqdan çəkinirlər", - Kənani əlavə edib.

 

"Bəzi qərbli iddiaçı ölkələr, xüsusən də ABŞ hökuməti özü dünyanın ən təhlükəli terrorçu kimliyini, yəni sionist rejimi yaratdığı və ona tam dəstək verdiyi bir halda terrorla mübarizə etdiyini iddia edir. Doğrusu, İŞİD-i yaradan, onları və digər təhlükəli terror qruplarını xalqların, xüsusən də İslam xalqlarının və ölkələrinin canına salan kimdir? Terrorçu İsrail rejimini öldürücü silahlarla və qadağan olunmuş bombalarla təmin edən kimdir?", - o bildirib.

Xəbəri paylaş

VİDEOLAR