İran prezidenti İslam Respublikası ilə Qətər arasında siyasi münasibətlərin səviyyəsini imtiyazlı adlandırıb və bu münasibətlərə uyğun olaraq iki ölkə arasında digər sahələrdə əlaqələrin səviyyəsinin artırılmasının vacibliyini vurğulayıb.
Az.rasthaber.com xəbər verir ki, doktor Məsud Pezeşkian 26 avqustda Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd Ali- Sani ilə görüşdə İslam ölkələri və beynəlxalq qayda-qanunlara əməl edən bütün digər ölkələrin bir-birinin yanında dayanaraq, birgə fəaliyyətlə sionist rejimin tərəfdarlarını bu rejimi cilovlamağa və onun Qəzzədə törətdiyi cinayət və soyqırımını dayandırmağa məcbur edə bilərcəklərinə ümidvar olduğunu bildirib.
Prezident Qətərin Qəzzədə atəşkəs yaratmaq səylərini yüksək qiymətləndirərək deyib: “Qəzzədə hər saat və dəqiqə insan haqları və bütün beynəlxalq hüquqi qaydalar pozulur, amma insan haqlarını müdafiə etmək iddiasında olan, bəzən bir insanın mühakimə olunması üçün qışqıran ölkələr bu cinayətlər qarşısında susurlar, üstəlik, bu cinayətləri və soyqırımı törədənləri dəstəkləyirlər.”
Bu görüşdə Qətərin Baş naziri və Xarici İşlər naziri də bu ölkə Əmirinin səmimi salamlarını və doktor Pezeşkianın hökumətinin işə başlaması münasibətilə təbrik mesajını çatdıraraq deyib: “Qətər əmiri iki ölkə arasında qardaşlıq və strateji əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. Biz də hesab edirik ki, iki ölkə arasındakı münasibətlər və əməkdaşlıq hələ iki ölkə liderlərinin arzuladığı səviyyəyə çatmayıb və bu məqsədə çatmaq üçün daha çox səy göstərməliyik.”