İran polisi banklara, məscidə və digər yerlərə hücum edən 39 nəfəri həbs edib

İran polisi banklara, məscidə və digər yerlərə hücum edən 39 nəfəri həbs edib

“Ötən gecə Məhsa Əminin ölümünü bəhanə edərək, Rəşt şəhərinin müxtəlif prospekt və küçələrində toplaşan, nalayiq şüarlar verən və ümumi əmlaka ziyan vuran 39 nəfər saxlanılıb.”

Az.rasthaber.com xəbər verir ki, bunu İranın Gilan əyalətinin Polis sədrinin müavini polkovnik Hüseyn Həsənpur deyib.
Bildirilib ki, ötən gün Rəşt şəhərinin müxtəlif prospekt və küçələrində ümumi əmlaka ziyan vuran, eləcə də məscidə, ambulanslara və bankalara hücum edənlərdən 39 nəfər ələ keçirilib.
Əlavə edilib ki, iğtişaşçılar ötən gün Rəşt şəhərində bir polis maşını və bir ambulansı yandırıb, bankların şüşələrini sındırıb, Höccət ibni Həsən məscidini yandırıblar ki, yanğınsöndürənlərin zamanında gəlib çatması nəticəsində tez söndürülüb.
Rəşt polisinin mlumatına görə şəhərdə təhlükəsizlik qüvvələri sıralarında beş yaralı var.

Xəbəri paylaş

VİDEOLAR