Bu gün İran İslam Respublikası Ordusunun Bioloji Müdafiə Qərargahı tərəfindən koronavirusun qarşısının alınması və monitorinqi üzrə manevr-kampaniyası başlanıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Ordusunun ictimai əlaqələr şöbəsinin məlumatına görə, koronavirus pandemiyasının profilaktikası və monitorinqi üzrə manevr, briqada generalı Kiyumərs Heydərinin meydan komandanlığı və ordunun quru qoşunlarının mehvər olması, həmçinin kontr-admiral Həbibullah Səyyarinin komandanlığı ilə ordunun bioloji müdafiə qərargahının komandlığı və nəzarəti altında həyata keçiriləcək.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayətullah Xamenei cümə axşamı günü gecə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeriyə verdikləri bir fərmanda silahlı qüvvələrin koronavirusla mübarizə sahəsində xalqa göstərdikləri xidmətləri yüksək qiymətləndirdilər. O bu xidmətlərin həmin xəstəliyin daha çox yayılmasının qarşısını almaq üçün bir "Səhiyyə və Müalicə Qərargahı" formasında təşkil edilməsi vacibliyini vurğulayıb.
AyətullahulXamenei belə qeyd bu haqda "Bu hərəkət (red: Qərargahın yaradılması) həmin hadisənin "bioloji bir hücum" ehtimalını irəli sürən nişanələrə əsasən, bioloji müdafiə manevri cəhətinə də malik ola və milli qüdrət və gücü artıra bilər."