İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib: "Münafiqlər qrupu insan haqlarını iddia edən bəzi qərb dövlətləri tərəfindən dəstəklənir. Bu dövlətlər hal-hazırda da bu terrorçulara siyasi və maddi yardım etməkdən çəkinmirlər. Təbii ki, münafiqlərin və onların tərəfdarlarının absurd və nəhs xəyalı heç vaxt baş tutmayacaq".
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, Nasir Kənani bildirib ki, "Şəhrivərin 8-i İran İslam Respublikasının Prezidenti və Baş naziri şəhid Rəcai və şəhid Bahünərin qərbin dəstəklədiyi münafiqlərin əli ilə şəhadətinin ildönümü günü və Terrorla Mübarizə Günü İranın nəcib xalqının yaddaşında acı və unudulmaz faktlarla qalmışdır".
"Düşmənlərin planı çərçivəsində xalqın səsi ilə hakimiyyətə gəlmiş inqilabi və islami quruluşu ələ keçirmək istəyən münafiqlər cərəyanı bu məqsədə çata bilmədikdə, ilk növbədə insanlara və ölkənin məsul şəxslərinə qarşı təşkilatlanmış kor-koranə terrorlara əl atdılar, sonra isə onların terrorçu liderləri Fransaya qaçdılar və insan haqlarını iddia edən bəzi qərb dövlətlərinin maddi və mənəvi dəstəyi ilə İran İslam Respublikasına, hökumətinə və xalqına qarşı cinayət əməllərini davam etdirdilər", - o əlavə edib.