İran: Məscidül-Əqsa beynəlxalq qanunlar çərçivəsində qorunmalıdır

İran: Məscidül-Əqsa beynəlxalq qanunlar çərçivəsində qorunmalıdır

Təhlükəsizlik Şurasının hazırkı mövqeyinin davam etdirilməsi yalnız İsraili öz əməllərində təşviqləndirir

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Məcid Təxt-Rəvançi İsrailin əl-Əqsa məscidinə basqınlarını pisləyib və müsəlmanların müqəddəslərinə qarşı hər hansı bir şəkildə zorakılığın nəticələri barədə xəbərdarlıq edib. M.Təxti-Rəvançi bu müqəddəs məkanın hüquqi və tarixi statusunun beynəlxalq qanunlar çərçivəsində qorunmasının vacibliyini vurğulayıb.

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, Taxt-Rəvançi bazar ertəsi BMT Təhlükəsizlik Şurasının Fələstində baş verənləri araşdırmaq üçün keçirilən iclasdakı çıxışında İsrailin Fələstin xalqına qarşı zorakılıqları ilə bağlı BMT Təhlükəsizlik Şurasının susqunluğunu və hərəkətsizliyini tənqid edib.

O deyib: “Nə qədər ki, Təhlükəsizlik Şurası bu cinayətlərə səssiz qalmağa davam edir, fələstinlilər haqqlarını ala bilməyəcəklər.”

M.Təxt-Rəvançi əlavə edib: “Təhlükəsizlik Şurasının hazırkı mövqeyinin davam etdirilməsi yalnız İsraili öz əməllərində təşviqləndirir, onu işğala və məzlum Fələstin xalqına qarşı cinayətlərini davam etmək üçün daha cəsarətli edir. İndi Fələstin xalqına qarşı cinayətlər tam sənədləşdirilib və inkaredilməzdir. Bunlar beynəlxalq qanunlara əsasən müharibə cinayətləri hesab olunur və bu cinayətləri törədənlər təxirə salınmadan ədalət qarşısında cavab verməlidirlər.”

İranın BMT-dəki səfiri əlavə edib: "Təhlükəsizlik Şurası Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə uyğun olaraq beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə öz öhdəliklərini yerinə yetirməli və İsraili malik olduğu bütün hüquqi vasitələrlə hesaba çəkməlidir. BMT Təhlükəsizlik Şurası da əmin olmalıdır ki, hərbi cinayətlər diqqətdən kənarda qalmayacaq.”

Xəbəri paylaş

VİDEOLAR