İran Kosmik Təşkilatının rəhbəri 14 peykin hazırda buraxılış xəttində olduğunu bildirərək deyib: “Həmçinin 30 peyk də hazırlanır ki, onlardan 20-si özəl sektor tərəfindən hazırlanacaq.”
Az.rasthaber.com ParsToday-a istinadən xəbər verir ki, Həsən Salariyyə Seyid Səttar Haşiminin iştirakı ilə keçirilən görüşdə 14-cü hökumətin Rabitə nazirinə bu nazirliyin fəaliyyəti ilə bağlı məlumat verərək deyib:
“13-cü hökumətdə 12 buraxılışımız oldu ki, bu da 12 il əvvələ bərabər bir rəqəmdir. Həmçinin 13-cü hökumətin üç ilində biz səkkiz uğurlu peyk inyeksiya etdik ki, bu da əvvəlki üç hökumət dövrünə bərabərdir.”