İran koronavirusa görə bağlanan ziyarətgah və məscidləri açır

İran koronavirusa görə bağlanan ziyarətgah və məscidləri açır

İrandakı bütün məscidlər 12 maydan etibarən ibadət üçün açılır

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə İranın İslami Təbliğat Qurumunun sədri höccətülislam Qumi bildirib.

İranda koronavirusun yayılmasından sonra 2 aydır bağlı olan məscidlər, 12 maydan etibarən qapılarını ibadət edənlər üçün açacaq.

İranın İslami Təbliğat Qurumunun sədri höccətülislam Məhəmməd Qumi Səhiyyə naziri Səid Nəməki ilə görüşdən sonra məscidlər və digər dini, müqəddəs məkanların ibadət üçün açılacağını bildirib.

Qumi, Qədr gecələrinin də yaxınlaşdığını önə çəkərək, İrandakı bütün məscidlərin 12 maydan etibarən səhiyyə protokollarına əsasən yenidən ibadətə açılmasına qərar verildiyini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR