İran: İsrailin məğlubedilməzliyi əfsanəsi çoxdan boş bir şüara çevrilib

İran: İsrailin məğlubedilməzliyi əfsanəsi çoxdan boş bir şüara çevrilib

"(İsrail rejimi) tərəfdarlarının, o cümlədən ABŞ-ın hərtərəfli dəstəyinə baxmayaraq, müqavimətin hətta məhdud və idarə olunan əməliyyatına qarşı hücumun vaxtını və yerini təxmin etmək qabiliyyətini və onun qarşısını almaq qabiliyyətini itirmişdir".

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bildirib.

 

"HƏMAS bildirib ki, biz Hizbullahın sionist rejimin dərinliklərində bir neçə həyati və strateji hədəfə qarşı unikal cavabını təqdir və təbrik edirik. Hizbullahın qətiyyətli cavabı sübut etdi ki, düşmənin cinayətləri cavabsız qalmır", - o qeyd edib.

 

"Fələstin İslami Cihad Hərəkatı Hizbullahın işğal olunmuş ərazilərdəki əməliyyatlarını təbrik etməklə yanaşı deyib: Bu hücumlar göstərdi ki, düşmən İsrail ancaq güc dilini başa düşür və ancaq müqavimət və mücahidlərin hücumları ilə dayandırılacaq", - Kənani əlavə edib.

 

"Yəmən Ənsarullahı da bildirib ki, Livan Hizbullahının cavabını təbrik edir, Hizbullahın igid adamlarının əllərini sıxırıq. Yəmən Silahlı Qüvvələrinin sionist rejimin Hudeydə şəhərinə təcavüzünə cavabı da yoldadır", - o bildirib.

 

Kənani vurğulayıb ki, "sionist rejim Livan Hizbullahının Ərbəin günü əməliyyatı ilə bağlı bəzi faktları gizlədə, təhrif edə və ya senzura edə bilər, amma yaxşı bilir ki, mövcud faktlar dəyişməyəcək. Strateji tarazlıqlar əsaslı şəkildə qondarma rejimin ziyanına dəyişib. İsrail ordusunun məğlubedilməzliyi mifi çoxdan boş bir şüara çevrilib". 

 

"İsrail terrorçu ordusu effektiv hücum və çəkindirici gücünü itirib. İndi o, özünü strateji zərbələrdən müdafiə etməlidir. İşğal olunmuş ərazilərin sakinlərinin evlərində bu gün və gələcəklə bağlı qorxu yuva qurub. Müqavimət qüvvələrinin hərbi hücumları işğal olunmuş ərazilərin dərinliklərinə qədər uzanıb", - İran XİN nümayəndəsi bildirib.

 

"Hər zaman ərazi genişləndirməsini düşünən işğalçı rejim indi özünü işğal olunmuş ərazilər daxilində müdafiə etməyə məcburdur. Lakin tərəfdarlarının, o cümlədən ABŞ-ın hərtərəfli dəstəyinə baxmayaraq, müqavimətin məhdud və idarə olunan əməliyyatına qarşı belə, hücumun vaxtını və yerini təxmin etmək qabiliyyətini və özünün çəkindirici gücünü itirmişdir. Zamanın keçməsi sionist rejim və onun havadarlarının xeyrinə deyil", - o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR