26.04.2022 10:50:28
Yəmənin Milli Azadlıq Hökumətinin Baş naziri İran İslam Respublikasını Fələstinin əsl dəstəkçisi kimi xarakterizə edib.
Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının qurucusu İmam Xomeyninin təşəbbüsü ilə Ramazan ayının sonuncu cümə günü Beynəlxalq Qüds Günü elan edilib.
Yəmən Milli Azadlıq Hökumətinin baş naziri Əbdül Əziz bin Hebtur bazar ertəsi Sənada Fələstin Konqresində deyib:
"Yəmənlilər müqavimət hərəkatını dəstəkləyirlər. Fələstin müqavimətinə əsl dəstək ərəb ölkələrindən deyil, İran İslam Respublikasından gəldi. Fələstin məsələsi ərəb və İslam dünyası başda olmaqla dünyanın bütün azad insanlarının fikrindədir.
Fələstin məsələsi fərdlərin və qrupların məsələsi deyil, Tehran, Bağdad, Dəməşq, Səna, Beyrut və Qəzzadan olan müqavimət hərəkatının təmsil etdiyi bir layihədir. Muzdluların qərarı yalnız Səudiyyə Ərəbistanı və BƏƏ-nin əlindədir və bu ölkələr regionda sionist layihəsinin icraçılarıdır".
Qeyd edək ki, bundan əvvəl Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) daxil olmaqla, fələstinli qruplar dəfələrlə İran İslam Respublikasının məzlum Fələstin xalqına yardımını yüksək qiymətləndiriblər.