Bunu İran XİN başçısı Hüseyn Əmir Abdullahian Azərbaycan Baş nazirin müavini Şahin Mustafayevlə görüşdə deyib.
Rasthaber Azərbaycan-ın xəbərinə görə, Abdullahian qeyd edib ki, iki ölkə arasında ticarət, nəqliyyat, enerji və turizm sektorlarında iqtisadi potensiallardan istifadə edilməlidir.
Əmir Abdullahianın sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinin aparılmasını iki ölkənin iqtisadi münasibətlərində yeni səhifənin başlanğıcı ola bilər: Azad olunan ərazilərdə bərpa işlərində İran şirkətləri iştirak etməyə hazırdır.
Abdullahian deyib ki, vaksinasiyada hər iki ölkənin uğurlu addımlarını nəzərə alaraq iki ölkə vətəndaşlarının gediş-gəlişlərini sadələşdirmək və iki ölkə arasında uçuşları bərpa etmək mümkündür.
İranlı nazir İranın ölkələrin ərazi bütövlüyünü dəstəkləməsinə dair daimi mövqeyi və bölgədə beynəlxalq sərhədlərin dəyişliməzliyini də bildirib.