İran: ABŞ-ın maksimum təzyiqi dövlət terrorizminin bariz nümunəsidir

İran: ABŞ-ın maksimum təzyiqi dövlət terrorizminin bariz nümunəsidir

İranın BMT-dəki daimi nümayəndəsi ABŞ-ın maksimum təzyiqini dövlət terrorizminin bariz nümunəsi adlandırıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən verir, Məcid Təxte Rəvançi BMT Baş Assambleyasının altıncı komitəsinin iclasında bildirib ki, İran İslam Respublikası terrorizmi tibb, iqtisadi və dövlət terrorizmi də daxil olmaqla onun hər bir formasında şiddətlə pisləyir. O, qeyd edib ki, terrorizmin kökünün qurudulması üçün çoxtərəfli münasibət və gücdən istifadədən başqa bir çarə yoxdur.

İranın BMT-dəki daimi nümayəndəsi bildirib ki, koronavirus bir çox cəmiyyətlərin sağlamlıq durumunu dəyişib.

" Birləşmiş Ştatların qayda-qanunlarının İrana və digər ölkələrə qəbul etdirilməsi terrorizmdir ki, gigiyena şəraitini pandemiya dövründə son dərəcə şiddətləndirib. Bu, sübut olunmuş bir reallıqdır ki, Amerika nəinki bölgədə, həm də demək olar ki, dünyanın hər yerində terrorizmi yaymaqdadır.", -deyə  Məcid Təxte Rəvançi qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR