İordaniya sakinləri ölkələrinin İsrail rejimi ilə olan razılığına qarşı etiraz aksiyası keçiriblər
Az.rasthaber.com "Russia Alyoum"-a istinadən xəbər verir ki, iordaniyalılar cümə namazından sonra paytaxt Əmmanda İsrail rejimi ilə olan sazişə etiraz ediblər.
Aksiya İsrail ilə olan qaz sazişisinin ləğvi tələbi ilə keçirilib.
İştirakçılar əllərində plakatlar tutaraq qərarn ləğvinə dair çağırışlar ediblər.
Xatırladaq ki, əvvəlki cümə günündə də insanlar küçələrə çıxaraq krallığın İsrail rejimi ilə olan sazişinə qarşı çıxıblar.
Qeyd edək ki, 22 noyabrda rejimlə krallıq arasında saziş imzalanıb. Sənədə əsasən, İordaniya tərəfi elektrik enerjisi verəcək, İsrail rejimi isə bunun əvəzində krallığı içməli su ilə təmin edəcək. Həmçinin qazla bağlı da müqavilə bağlanıb.