İmam Hüseynin (ə) Ziyarətgahı İdarəsi Ərbəin ziyarətinin uğurla başa çatdığını bildirib

İmam Hüseynin (ə) Ziyarətgahı İdarəsi Ərbəin ziyarətinin uğurla başa çatdığını bildirib

Kərbəlada İmam Hüseynin (ə) Ziyarətgahı İdarəsi Ərbəin mərasiminin uğurla və təhlükəsizlik şəraitində başa çatdığını bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İmam Hüseynin (ə) Ziyarətgahı İdarəsi bəyanat verib.

Bildirilib ki, Ərbəin ziyarətinin keçirilməsi ilə bağlı nəzərdə tutulmuş plan uğurla həyata keçirilib.

“İraqın daxilindən və xaricindən gələn zəvvarların, İmam Hüseynin məzarına qədər yolda uzun məsafələri qət etmiş və qarşılaşdığı çətinliklərə dözüm göstərən zəvvarların qarşısında baş əyirik”, deyə bəyanatda əlavə edilib.

Qeyd edək ki, bundan öncə İraq Ordusu da Ərbəin ziyarətinin təhlükəsizlik şəraitində keçirldiyini və başa çatdığını bildirib.

İmam Hüseynin (ə) Ziyarətgahı İdarəsi bundan öncəki bəyanatında bildirib ki, bu ilin Ərbəin ziyarətinə 21,190,435 zəvvar qatılıb.

Xəbəri paylaş

VİDEOLAR