Huawei uyğur müsəlmanları izləyir

Huawei uyğur müsəlmanları izləyir

ABŞ-ın videonəzarət texnologiyalarının analizi ilə məşğul olan IPVM şirkəti Çində tətbiq olunan “Huawei” sistemlərini nəzərdən keçirdikdən sonra belə qənaətə gəlib ki, onlar uyğurların izlənməsi üçün istifadə oluna bilər.

Rasthaber Azərbaycan  CNBC-yə istinadla xəbər verir ki, IPVM tədqiqatların nəticələrini BBC vasitəsi ilə yayıb.

Bildirək ki, 2018-ci ildə “Huawei” və Çinin Elmlər Akademiyasının Dövlət tədqiqat agentliyi tərəfindən təqdim edilən və patentlənən texnologiyanın alqoritmləri sözügedən telefon markasının sahibinin bəzi parametrlərini müəyyən etməyə imkan yaradır. Bu parametrlər sırasında “irq” göstəricisi də var. Çində isə uyğurları ayrıca bir irq kimi dəyərləndirirlər. Bu isə o deməkdir ki, “Huawei”dən istifadə edən uyğur daim nəzarət altındadır.

IPVM-in hesabatı yayıldıqdan sonra “Huawei” də hərəkətə keçib. Belə ki, şirkətdən sözügedən patent sənədinə zəruri dəyişikliklərin edilməsi istiqamətində “fəal addımlar atıldığı” bildirilib.

Xatırladaq ki, etnik müsəlman uyğurlar Çində müxtəlif repressiyalara məruz qalır, hətta həbs olunaraq xüsusi düşərgələrdə saxlanılırlar. Çin hakimiyyəti bu ittihamları rədd edir və bildirir ki, bu düşərgələr peşə təlimi üçün nəzərdə tutulub.

Xəbəri paylaş

VİDEOLAR