Əhmədinejaddan Süleymaninin şəhadəti münasibətilə mesaj

Əhmədinejaddan Süleymaninin şəhadəti münasibətilə mesaj

Mahmud Əhmədinejad ABŞ-ın İraqda hücumu nəticəsində qətlə yetirilən Qasim Süleymaninin şəhadətilə bağlı açıqlama verib

Rasthaber Azərbaycan xəbər verir ki, İranın eks-prezidenti Mahmud Əhmədinejad ABŞ-ın İraqda hücumu nəticəsində qətlə yetirilən Qasim Süleymaninin şəhadətilə bağlı açıqlama verib.

Açıqlamada deyilir:

“Allahdan gəlmişik, Ona tərəf qayıdacağıq...

Amerikanın həyata keçirdiyi qaçlı terror hücumundan sonra, General Hacı Qasim Süleymani, ömür boyu heç dayanmadan davam edən səylərinin və saysız-hesabsız təhlükəli meydanlarda olmasının ardından şəhid dostlarına qatıldı.

O müqəddəs müdafiənin komandirlərindən və qazilərindən idi. Eyni zamanda hərbi əməliyyatların idarə edilməsi və əməliyyatın planlamasında bənzərsiz simalardan sayılırdı. Ayətullah Xameneinin ən yaxın dostlaından və güclü qollarından idi.

Onun bölgənin bütün önəmli sahələrində və Amerikaya qarşı müqavimət hərəkatının təşkilatlanmasında müstəsna rolu olmuşdur.

Bu acı hadisədən və General Qasim Süleymaninin və yanındakı dostlarının şəhadətindən kədərləndiyimi, xüsusilə Ayətullah Xamenei, şəhidlərin ailələri, yaxınları və dostlarına dərin hüznlə başsağlığı verirəm.

Bölgənin bəsirətə sahib və ağıllı xalqlarının, bölgdə təhlükəsizlik, dostluq və qardaşlıqla birləşəcəyindən və xarici bölünmə, işğal, hücum və müdaxilə yolunu bağlayacaqlarına əminəm.

 Hegemonya rejimi, lanlardan və aksiyalardan faydalana bilməyəckdir.

Allah Təaladan, xalqların qeyrətini ucaltmasını və insanlıq düşmənlərini və müstəkbirləri zəlil etməsini arzu edirəm."

Xəbəri paylaş

VİDEOLAR