HƏMAS rəsmisi fələstin xalqının müqavimət və mübarizəsi barədə danışıb.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) mətbuat katibi Əbdül-Lətif Kanu Qüdsdə baş tutmuş qısas aksiyasını alqışlayıb.
“Qəhrəmancasına keçirilən əməliyyatlar xalqımızın əzəmətini və onun müqavimətinin sarsılmazlığını isbat edir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, İordan çayının Qərb sahilindəki fələstinlilər işğalçı İsrail rejimi ilə açıq mübarizə aparır.
“Fələstinlilər torpaqlarımız işğaldan azad edilənədək müxtəlif mübarizə üsulları ilə hər yerdə işğalçılar və mühacir sürüləri ilə mübarizə aparacaqlar”, - deyə o qeyd edib.
Xatırladaq ki, fələstinli qadın qeyri-qanuni yəhudi mühacirə bıçaqla hücum edib.