HƏMAS üzvlərini təcavüzdə ittiham edən Ravvin özü zorlama maddəsilə tutuldu

HƏMAS üzvlərini təcavüzdə ittiham edən Ravvin özü zorlama maddəsilə tutuldu

İndi isə o, özü oxşar xarakterli cinayətdə ittiham olunur.

Az.rasthaber.com-un verdiyi məlumata görə, ABŞ hakimiyyəti HƏMAS üzvlərinin israilli qadın və uşaqlara qarşı zorakılıq törətdiyini iddia edən sionist ravvin Meir Sabo-nu Texas ştatının Dallas şəhərində cinsi zorakılıq ittihamı ilə həbs edib.

YahooNews portalının məlumatına əsasən, 43 yaşlı Meir Sabo Dallasda yerləşən yəhudi məktəbində “Yəhudi həyatı” bölməsinin direktoru vəzifəsində çalışıb. Ona qarşı irəli sürülən ittihamlardan sonra polis tərəfindən saxlanılıb və dərhal işdən azad olunub. (xəbərə istinad edin)

Məlumata görə, Sabo əvvəllər İsrail ordusunun tank qoşunlarında xidmət edib və 7 oktyabr hadisələrindən sonra keçirilən İsrail tərəfdarı aksiyalarda fəal iştirak edib. O, bir neçə dəfə HƏMAS-ın israilli qadın və uşaqları zorladığına dair əsassız və təsdiqlənməmiş bəyanatlar verib. İndi isə o, özü oxşar xarakterli cinayətdə ittiham olunur.

Bu hadisə, Qərb mediası və İsrail rəsmilərinin aylardır HƏMAS-a qarşı neqativ imic formalaşdırmaq səyləri fonunda baş verib. Xüsusilə də, qrupun qəddarlığını sübut etməyə çalışan, lakin əsaslandırılmamış iddiaların yayımlandığı bir vaxtda.

Xəbəri paylaş

VİDEOLAR