Ayətullah Xameneinin Azərbaycandakı təmsilçiliyi fəaliyyətinin bərpa edilməsilə bağlı xəbər yayılıb
Az.rasthaber.com xəbər verir ki, Azərbaycan mediasında İslam İnqilabı Lideri Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı təmsilçiliyi fəaliyyətinin bərpa edilməsilə bağlı xəbər yayılıb.
Xəbəri bir çox tanınmış sayt yayımlayıb.
Məlumat teleqram səhifələrinə istinadla paylaşılıb.
Qeyd edək ki, xəbərlə birlikdə yayımlanan fotoda uzun illər Azərbaycanda İslam İnqilabı Lideri Ayətullah Seyid Əli Xameneinin dəftərxanasında məsul vəzifələrdə çalışan Höccətülislam Vəl Muslimin Məhəmmədbaqir Saivərin fotosu da var.
İranın rəsmi mediasında bu xəbərə rast gəlinməyib və məlumatla bağlı ətraflı bilgi verilmir.